...

Azərbaycanda 371 mindən çox pensiyaçı yaşlı insanlardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 13:19 (UTC +04:00)
Sentyabrın sonuna olan məlumatlara görə, Azərbaycanda 371 013 pensioner yaşlı insanlardır ki, onların 221 978 nəfəri də qadınlardır. Bu barədə cümə günü Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda deyilir.
Azərbaycanda 371 mindən çox pensiyaçı yaşlı insanlardır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın sonuna olan məlumatlara görə, Azərbaycanda 371 013 pensiyaçı yaşlı insandır ki, onların 221 978 nəfəri qadındır. Bu barədə cümə günü Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda deyilir.

Oktyabrın 1-i - Beynəlxalq Ahıllar Günüdür. Bu gün 1992-ci ildə BMT Baş Assambleyasının qərarı əsasında təyin olunub.

"Azərbaycanda yaşlı insanlara həmişə xüsusi diqqət və qayğı göstərilir. 2001-ci il iyunun 22-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev "Yaşlılara sosial yardım haqqında" qanun imzaladı ki, buna əsasən, 70 yaşına çatmış Azərbaycan vətəndaşları, həmçinin, daim ölkədə yaşayan, lakin vətəndaşlığı olmayan əcnəbilər yaşlı hesab olunur", - məlumatda deyilir.

Bu gün ölkədə 70-80 yaşında 284 533, 80-90 yaşında 77 079, 90 və daha yuxarı yaşda 9 401 yaşlı pensiyaçı var.

İyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda pensiyaçıların sayı 1 291 139 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti