...

Tbilisi Beynəlxalq Hava Limanının yeni rəhbəri qadın təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 16:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi Beynəlxalq Hava Limanının yeni direktoru Ketevan Aleksidze təyin olunub. Bu barədə Trend-ə çərşənbə axşamı "TAV Georgia" şirkətindən verilən məlumatda deyilir.

O, aeroportun işlərinin optimallaşdırılmasını nəzərdə tutan şirkətin yeni strategiyası çərçivəsində təyin olunub.

Şirkətin fəaliyyət üstünlüklərinə, həmçinin, Tbilisi və Batumi hava limanlarının operativ qarşılıqlı fəaliyyəti, aviasiya təhlükəsizliyinin standartlaşdırılması, regional miqyaslı hava limanlarının inkişafı, əməliyyat proseslərinin modernləşdirilməsi, müasir maliyyə və idarəetmə modellərinin tətbiqi daxildir.

Xəbər lenti

Xəbər lenti