...

Azərbaycanda 2 min pirat DVD-disk satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 16:41 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2 min ədəd pirat DVD-diski satışdan çıxarıb.
Azərbaycanda 2 min pirat DVD-disk satışdan çıxarılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2 min ədəd pirat DVD-diski satışdan çıxarıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumata əsasən, audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan Anar Qardaşov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılaraq, ona qarşı 1,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Ona DVD-disklərin məhv edilməsi barədə icrası məcburi göstəriş də verilib.

"Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirəcək", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti