...

Azərbaycanın sığorta şirkəti həyat sığortası üzrə yeni şirkətin yaradılmasının birinci mərhələsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" həyat sığortası üzrə yeni şirkətin yaradılmasının birinci mərhələsini başa çatdırıb. Bu barədə bazar ertəsi "Paşa Sığorta" sığorta şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev deyib.

"Birinci mərhələyə şirkətin adının istifadə edilməsinə icazənin alınması daxildir. Dövlət qeydiyyatından keçmə prosedurundan sonra şirkət lisenziyaya görə müraciət edəcək. İndi şirkətin hüquqi qeydiyyata alınma prosesi gedir", - Rzayev qeyd edib.

Bundan əvvəl Rzayevin dediyi kimi, "Paşa Sığorta" 2010-cu ilin sonunadək həyat sığortası üzrə yeni şirkətin yaradılması ilə bağlı bütün işləri başa çatdırmağı planlaşdırır.

"Sığorta biznesinin starteji inkişafı üzrə üçillik plana əsasən, "Paşa Holdinq" 2010-cu ilin sonunadək həyat sığortası üzrə şirkətin yaradılmasını planlaşdırır", - Rzayev əlavə edib.

Onun sözlərinə görə, bu maddənin həyata keçirilməsi üzrə plan qrafikində heç bir dəyişiklik yoxdur.

Rzayevin sözlərinə görə, "Life" şirkətin təsisçisi "Paşa Holding" olacaq. Qanunvericiliyin tələblərinə əsasən, yeni yaradılan şirkətlərin kapitalına tələb beş milyon manat təşkil edir.

"Paşa Holding" qrupuna daxil olan Paşa Sığorta korporativ və fərdi müştərilərə 31 növ sığorta xidməti göstərir. "Paşa Sığorta" 28 milyon manatlıq məcmu aktivi ilə kapitallaşdırma həcminə görə ölkənin üç aparıcı sığortaçısı sırasına daxil olmaqla, eyni zamanda, ölkənin sığorta sektorunda biznesin rentabelliyinin ən yüksək göstəricilərini saxlayır. Şirkətin nizamnamə kapitalı 20 milyon manat təşkil edir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.

Oktyabrın 18-nə olan rəsmi məzənnə 0,8015 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti