...

Azərbaycan rayonlarında güzəştli şərtlərlə 350 min manat məbləğində kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2010 19:47 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Neftçala və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 350 min manat məbləğində kredit verilib.
Azərbaycan rayonlarında güzəştli şərtlərlə 350 min manat məbləğində kredit verilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Neftçala və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 350 min manat məbləğində kredit verilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

"Bu kreditlər hesabına 55 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir.

Cümə günü SKMF Neftçalada Neftçala iqtisadi rayonunun 250-yə yaxın sahibkarının iştirakı ilə növbəti tədbir keçirib.

Tədbir çərçivəsində Neftçala iqtisadi rayonunda layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr müəyyənləşdirilib.

Tədbir iştirakçıları SKMF-dən güzəştli kredit almış Hacıqabul rayonundakı "Yurd El" MMC-yə məxsus tutumu 2 min ton olan, Salyan rayonunda "Ələddin Fermer" MMC-yə məxsus tutumu 5 min ton olan müasir soyuducu anbar komplekslərinin fəaliyyəti ilə tanış olublar.

SKMF sahibkarların güzəştli kreditlərin verilmə mexanizmi, biznes ideyaların formalaşdırılması, investisiya layihələrinin hazırılanması və təqdim edilməsi barədə məlumatlandırıldığı treninq də keçirib.

Xəbər lenti

Xəbər lenti