...

Azərbaycan Prezidenti kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 20:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi və onların təltif edilməsi haqqında iki sərəncam imzalayıb.
Azərbaycan Prezidenti kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi və onların təltif edilməsi haqqında iki sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Orucov Telman Əzizağa oğluna "Əməkdar Dövlət Qulluqçusu", Kazakov Matvey Pavloviç və Yaqubov Əlisgəndər Əhməd oğluna "Əməkdar Kənd Təsərrüfatı İşçisi" fəxri adları verilib, Əliyev Rasim Mayıl oğlu və Həsənov İlqar Məhərrəm oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Baxşiyev Eldar Nurməmməd oğlu, Camalov Əlikram Talıb oğlu, Əzizov Aydın İmaməli oğlu, Fətəliyev Kamil Hətəm oğlu, Həsənov Pirvəli Məhər oğlu, Xəlilova Rəmziyə Kazım qızı, İbadov Vəli Fətulla oğlu, Qədimova Rasimə Adil qızı, Qədirov Fikrət Abdusalam oğlu, Quliyev Nazim Böyükağa oğlu, Qurbanov Cavanşir Nəsir oğlu, Şadiyev Əhməd Şadı oğlu və Vəlizadə Nuşu Həbib qızı "Tərəqqi" medalı ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti