...

Tbilisidə İrlandiyanın Cənubi Qafqaz üzrə biznes nümayəndəliyi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2010 20:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda İrlandiya biznes şurasının nümayəndəliyi işə başlayacaq. Bu barədə cümə günü İrlandiyanın Gürcüstandakı konsulu Uilyam Maykl Makkarti məlumat verib. Təşkilatın Tbilisidə ofislə fəaliyyəti Cənubi Qafqazın hər üç ölkəsinə yayılacaq.

Onun sözlərinə görə, İrlandiya biznes şurası nümayəndəliyindən əvvəl Gücüstanda İrlandiya konsulluğu açılıb. Şuranın ölkədə fəaliyyəti İrlandiya investorlarının cəlb olunması, onların hüquqlarının müdafiəsi və investorların faydalı məlumatlarla təmin edilməsinə yönəldiləcək.

Biznes şuranın nümayəndəliyi İrlandiya biznesinin Gürcüstana daxil olması üçün "tramplin" olacaq.

Xəbər lenti

Xəbər lenti