Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi 2010-cu ilin yanvar-oktyabr aylarında sığorta şirkətlərinin fəaliyyətinin yekunlarını açıqlayıb. Sığorta haqlarının ümumi həcminin 78,94 faizi və ümumi ödəmələrin 76,37 faizi bu şirkətlərin payına düşür.
Azərbaycanda cəmi 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.
|
Sığorta şirkəti |
2010-cu il yanvar-oktyabr, haqlar (milyon manatla) |
2010-cu il yanvar-oktyabr, ödəmələr (milyon manatla) |
2009-cu il yanvar-oktyabr, haqlar (milyon manatla) |
2009-cu il yanvar-oktyabr, ödəmələr (milyon manatla) |
|
Azərsığorta |
21,43 |
8,79 |
20,62 |
10,66 |
|
AzSığorta |
12,97 |
0,99 |
8,99 |
3,29 |
|
Atəşgah Sığorta |
11,90 |
4,31 |
10,58 |
3,50 |
|
Azalsığorta |
11,27 |
0,51 |
13,07 |
0,12 |
|
Paşa Sığorta |
11,13 |
1,93 |
8,96 |
1,56 |
|
Beynəlxalq Sığorta Şirkəti |
8,28 |
4,38 |
10,91 |
3,64 |
|
Standard Insurance |
7,25 |
1,68 |
6,53 |
3,23 |
|
MBASK Sığorta |
6,68 |
3,00 |
5,80 |
4,39 |
|
Xalq Sığorta |
6,20 |
1,46 |
23,63 |
1,03 |
|
A-Group Sığorta |
5,75 |
4,47 |
5,83 |
3,76 |
|
Cəmi |
102,86 |
31,52 |
114,92 |
35,18 |
Oktyabrda cədvəlin yalnız yuxarı hissəsində dəyişiklik baş verib. Belə ki, AzSığorta bir ay ərzində sığorta haqlarının həcmini 11,33 faiz artırmaqla ikinci pillədə Azalsığortanı əvəz edib. Bu dövrdə sığorta haqları təxminən bir faiz artırıb.
Belə ki, "AzSığorta" ay ərzində sığorta haqlarının həcminin 22,8 faiz artırması nəticəsində bir pillə qalxaraq "Azalsığorta"nı əvəz edib. Bu müddət ərzində "Azalsığorta"nın sığorta haqlarının yığımı 2,2 faiz artıb.
Son bir ay ərzində "Atəşgah Sığorta" SŞ beşinci pillədən üçüncü pilləyə qalxıb. Şirkət son ayda sığorta yığımlarının həcmini 17,93 faiz və ya 1,81 milyon manatadək artırıb.
"Paşa Sığorta" SŞ yığımlarının 2,96 faiz artmasına baxmayaraq, dördüncü pillədən beşə düşüb.
2010-cu ilin yanvar-sentyabr aylarında aparıcı sığorta şirkətlərinin ilk onluğunda yığımların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,06 milyon manat və ya 10,49 faiz azalıb.