Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,7999 manat səviyyəsində müəyyən olunub.
Manata nisbətdə dolların maksimum məzənnəsi noyabrın 25 və 26-da ABŞ dolları üçün 0,8 manat, minimum isə noyabrın 22-də bir ABŞ dollarına 0,7997 manat müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
15 noyabr |
0,7999 |
22 noyabr |
0,7997 |
16 noyabr |
0,7999 |
23 noyabr |
0,7999 |
17 noyabr |
0,7999 |
24 noyabr |
0,7999 |
18 noyabr |
0,8002 |
25 noyabr |
0,8000 |
19 noyabr |
0,8000 |
26 noyabr |
0,8000 |
Həftə ərzində orta |
0,79998 |
Həftə ərzində orta |
0,7999 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0009 bənd (0,09 faiz) ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına 0, 79904 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 22-də 0,7985 AZN/USD məzənnə ilə $18,3 mln., noyabrın 23-də 0,7993 məzənnə ilə $6,13 mln., noyabrın 24-də 0,7995 AZN/USD məzənnə ilə $15,3, noyabrın 25-də 0,7994 AZN/USD məzənnə ilə $10 mln., noyabrın 26-da 0,7994 AZN/USD məzənnə ilə $10,68 milyon.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi: |
|||
15 noyabr |
0,7989 |
22 noyabr |
0,7985 |
16 noyabr |
0,7989 |
23 noyabr |
0,7993 |
17 noyabr |
0,7989 |
24 noyabr |
0,7995 |
18 noyabr |
0,7989 |
25 noyabr |
0,7985 |
19 noyabr |
0,7995 |
26 noyabr |
0,7994 |
Həftə ərzində orta |
0,79902 |
Həftə ərzində orta |
0,79904 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Alış beş manat, satış altı manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.