...

MDB ölkələrində əmanətlərin sığortaçıları Bakıda aktual problemləri müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakıda MDB ölkələrinin müvafiq strukturlarının rəhbərləri Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (IADI) yanında Avrasiya Regional Komitəsi (EARC) tərəfindən keçirilən "Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortalanması sistemlərinin rolu" mövzusunda seminar çərçivəsində təcrübə mübadiləsi aparıb və bu sahədəki cari problemləri müzakirə ediblər.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib ki, dünya maliyyə böhranı Azərbaycan banklarında əmanətlərin həcminin azalmasına təsir etməyib, əksinə artım müşahidə olunub.

"Üçüncü rübün yekunlarına görə, Azərbaycan banklarında əmanətlərin ümumi həcmi 3,368 milyard dollar təşkil edib. Bununla yanaşı, zəmanətli əmanətlərin həcmi 2,211 milyard dollar, zəmanətsiz əmanətlər 1,157 milyard dollar, əvəzi ödənilmiş əmanətlər isə 1,02 milyard dollar təşkil edib", - Cavadov deyib.

Onun sözlərinə görə, ikinci rübün yekunları üzrə əmanətlərin ümumi həcmi 24,6 faiz, zəmanətli əmanətlərin həcmi 18,7 faiz, zəmanətsiz əmanətlər 37,3 faiz, əvəzi ödənilmiş əmanətlər isə 17,1 faiz artıb. Portfelin valyutalara bölüşdürülməsi belədir: əmanətlərin 42,3 faizi manatla, 48,8 faizi dollarla, 8,9 faizi isə avro ilədir.

Ukraynanın Fiziki Şəxslərin Zəmanətli Əmanətlər Fondunun sədri Vasili Pasiçnikin sözlərinə görə, dünya maliyyə böhranına baxmayaraq, Ukraynada bankların yaradılması prosesi davam edir; 2009-cu ildə beş bank ləğv edilib, eləcə də beş yeni bank yaradılıb.

"Bu gün Dünya Bankı ilə Fondun texnologiyalarının təkmilləşdirilməsi və araşdırmaların aparılması sahəsində köməklik üçün əməkdaşlıq edirik", - o deyib.

Qazaxıstanın Əmanətlərin Sığortgalanması Fondunun sədr müavini Şenol Zindayevnanın sözlərinə görə, dünya maliyyə böhranı Qazaxıstanı sığortalanan əmanətlərin məbləğinin limitinə yenidən baxmağa və onu 700 mindən 50 milyon tengeyədək artırmağa məcbur edib.

"Bununla yanaşı, hökumət hər il bu gün nizamnamə kapitalı bir milyard dolları ötən fondların kapitallaşdırılmasının gücləndirilməsi üçün vəsaitləri artırır. Bu, hər il 10 milyon tenge artırılır", - o deyib.

Zindayevnanın sözlərinə görə, Qazaxıstanda bu gün əmanətlərin ümumi sayının 99,7 faizi sığortalanıb və onların ümumi məbləği 943 milyard tenge təşkil edir. Bununla yanaşı, sığortalanmamış qalan 0,3 faiz əmanətlər 1 192 milyard tenge təşkil edir.

Noyabrın 29-na olan rəsmi məzənnə 0,8001 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti