...

Azərbaycan bankı "NBC Bank" "Caspian Money Transfer" sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2010 16:16 (UTC +04:00)
Azərbaycan bankı "NBC Bank" ASC "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sisteminə qoşulub.
Azərbaycan bankı "NBC Bank" "Caspian Money Transfer" sisteminə qoşulub

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan bankı "NBC Bank" ASC "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sisteminə qoşulub. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

2010-cu il dekabrın 10-dan başlayaraq bankın bütün filiallarında "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sistemi aktivdir. Hazırda "Caspian Money Transfer" sistemi yerli təcili pulköçürmə sistemlərinin içində ən yüksək tələblərə cavab verənidir. "Caspian Money Transfer"in geniş yerli şəbəkəsinin olması "NBC Bank"ın müştərilərinə Azərbaycanın müxtəlif istiqamətlərinə pul köçürmələrinə imkan verir. Bununla yanaşı, bu sistem Türkiyəyə pulköçürmə əməliyyatlarında daha əlverişlidir. Bütövlükdə, "Caspian Money Transfer" fiziki şəxslərə Azərbaycandan kənara və əksinə, həmçinin MDB ölkələrinin bankları arasında, Baltik ölkələri ilə, yaxın və uzaq xaricə pul köçürmələri etməyə şərait yaradır. Sistemə MDB ölkələrinin ən qabaqcıl bankları qoşulublar.

Bununla yanaşı, "NBC Bank" vasitəsilə müştərilər "Western Union", "Contact", "Privat Money", "Bıstraya Poçta", "Xpress Money", "Allure" və "Zolotaya Korona" sistemləri ilə də pul köçürə bilərlər.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın baş ofisindən əlavə, Bakıda fəaliyyət göstərən 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialları olmaqla 7 filialı var. Bütün filiallarda həm fiziki, həm də hüquqi şəxslərə nəzərdə tutulan müxtəlif növ bank xidmətləri göstərilir.

Azərbaycan bankları arasında "Caspian Money Transfer"ə 21 bank qoşujlub - TexnikaBank, ParaBank, AtraBank, MuganBank, Bank Standard, Azərbaycan Kredit Bankı, RoyalBank, RabitəBank, Azərbaycan Sənaye Bankı, DəmirBank, Kapital Bank, Bank Silk Way, United Credit Bank, Bank of Baku, Bank Avrasiya, Gəncə Bank, Bank Nikoil, UniBank, Express Bank, AccessBank və AGBank.

"Caspian Money Transfer"in təsisçisi "Zaminbank"dır və bu ödəniş sistemi Azərbaycanda ilk pulköçürmə sistemi olub. Bu gün "Caspian Money Transfer"in fəaliyyət zonası Rusiya, Böyük Britaniya, Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Ukrayna, Litva, Belarus, Moldova, Gürcüstan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanı əhatə edir.

Azərbaycan sisteminin fərqləndirici xüsusiyyəti "Caspian Money Transfer" vasitəsilə köçürməyə görə minimum komissiya 1,5 faiz təşkil edir. Köçürmənin həyata keçirilməsi 2-3 dəqiqə təşkil edir, alıcıdan komissiyа tutulmur. Digər beynəlxalq ödəniş sistemlərində köçürməyə görə standart komissiya isə əksər hallarda 2,5 - 3 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti