Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir N.İsmayılova/
Son yeddi il ərzində Azərbaycanda dövlət proqramlarının uğurlu icrası nəticəsində 900 minə yaxın yeni iş yeri açılıb, 35 mindən çox yeni müəssisə yaradılıb. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov elmi-praktiki konfrans çərçivəsində çıxışı zamanı deyib, - nazirliyin şənbə günü yaydığı məlumatda qeyd edilib.
Nazir müavininin sözlərinə görə, dövlət proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektoru sürətlə inkişaf edib, eləcə də iqtisadiyyata investisiya qoyuluşları artıb.
Dekabrın 25-də Sabirabad şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi: nailiyyətlər və prioritet istiqamətlər" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda müvafiq dövlət qurumlarının, elmi-tədris müəssisələrinin nümayəndələri, eləcə də 120-yə yaxın sahibkar iştirak edib.