...

Azərbaycanın Tarif Şurası "Bakı- Naxçıvan" və "Naxçıvan- Bakı" aviareyslərinin tariflərinə yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2010 12:48 (UTC +04:00)
Azərbaycanın Tarif Şurasının qərarına əsasən, "Bakı- Naxçıvan" və "Naxçıvan- Bakı" istiqaməti üzrə aviabiletlərin dəyəri 95 manatdan 70 manatadək ucuzlaşdırılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir. Yeni tariflər 2011-ci il yanvarın birindən qüvvəyə minəcək.
Azərbaycanın Tarif Şurası "Bakı- Naxçıvan" və "Naxçıvan- Bakı" aviareyslərinin tariflərinə yenidən baxıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanın Tarif Şurasının qərarına əsasən, "Bakı- Naxçıvan" və "Naxçıvan- Bakı" istiqaməti üzrə aviabiletlərin dəyəri 95 manatdan 70 manatadək ucuzlaşdırılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir. Yeni tariflər 2011-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məlumatda deyildiyi kimi, biletin dəyərinin 20 manatını dövlət ödəyəcək. Odur ki, yanvarın 1-dən bu məbləğ 50 manat təşkil edəcək.

Bu qərar Tarif Şurasının dekabrın 29-da keçirilən iclasında qəbul edilib.

Dekabrın 29-na rəsmi məzənnə 0,7983 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti