...

Gürcüstan ermənilərin gürcü brendlərini mənimsəmələrinə dair məlumatı yoxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2011 11:04 (UTC +04:00)
Gürcüstan tərəfi ermənilərin gürcü brendlərini mənimsəmələrinə dair məlumata reaksiya verir və onu yoxlayır. Bu barədə jurnalistlərə "Qruzpatent"in rəhbəri İrakli Qvaladze bildirib. O, qeyd edib ki, bu, Ermənistanın gürcü brendlərini mənimsədiyi "ilk hadisə deyil".
Gürcüstan ermənilərin gürcü brendlərini mənimsəmələrinə dair məlumatı yoxlayır

Gürcüstan, Tbilisi, 5 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan tərəfi ermənilərin gürcü brendlərini mənimsəmələrinə dair məlumata reaksiya verir və onu yoxlayır. Bu barədə jurnalistlərə "Qruzpatent"in rəhbəri İrakli Qvaladze bildirib. O, qeyd edib ki, bu, Ermənistanın gürcü brendlərini mənimsədiyi "ilk hadisə deyil".

Bir müddət əvvəl Gürcüstan KİV-də Fransanın pərakəndə ticarət şəbəkələrində gürcü brendlərinin erməni məhsulu kimi satılması haqqında məlumat yayılmışdı.

"Ermənistan tərəfdən buna oxşar cəhdlər əvvəllər də olub. Göstərilən konkret fakta gəldikdə, məlumatı yoxlamağa və müvafiq şəkildə reaksiya verməyə çalışırıq. Xüsusilə də, Fransada ayrı-ayrı brendlərin ticarət markası şəklində təqdim olunduğunu, yoxsa sadəcə belə ad daşıdığını dəqiqiləşdirmək vacibdir", - Qvaladze qeyd edib.

Fransada yaşayan gürcülərin məlumatına görə, ən yaxşı gürcü brendləri erməni məhsulu kimi satılır.

O cümlədən, "Sapevari" şərabı ermənilərin bahalı spirtli içki kolleksiyasının markası kimi satılır. Gürcü çurçxeliləri (qozlu donmuş üzüm şirəsi) "erməni möcüzəsi", "tone" milli sobasında bişirilən gürcü çörəyi erməni çörəyi kimi, məşhur gürcü xaçapuriləri "xaçaturyan" adı altında satılır və s..

O da təsdiqlənir ki, bütün məhsullar "qarışıq" brendlər altında Paris, Lion, Bordo, Strasburq və digər şəhərlərdəki rus supermarketlərində də satılır.

Xəbər lenti

Xəbər lenti