...

Azərbaycan dəmir yollarının ümumi uzunluğu təxminən 3 min km təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2011 14:32 (UTC +04:00)
Azərbaycanın dəmir yollarının ümumi uzunluğu 2929,4 kilometrdir, onun 2099,7 km-i istismar xarakterlidir. Bu barədə cümə axşamı "Azərbaycan dəmir yolları" QSC-nin saytında verilən məlumatda deyilir.
Azərbaycan dəmir yollarının ümumi uzunluğu təxminən 3 min km təşkil edir

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın dəmir yollarının ümumi uzunluğu 2929,4 kilometrdir, onun 2099,7 km-i istismar xarakterlidir. Bu barədə cümə axşamı "Azərbaycan dəmir yolları" QSC-nin saytında verilən məlumatda deyilir.

QSC-nin baş mühəndisi Qurban Nəzirovun sözlərinə istinadən verilən məlumatda deyildiyi kimi, istismarda olan dəmir yolunun ümumi uzunluğunun 804,7 kilometri ikizolaqlı yoldur.

Həmçinin istismarda olan dəmir yolunun 1271,4 kilometri elektrikləşdirilib, 1650 kilometri isə avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunub.

Azərbaycanda uzunluğu 20 kilometr olan birinci dəmir yolu Bakı-Suraxanı-Sabunçu marşrutu üzrə inşa olunub.

Xəbər lenti

Xəbər lenti