...

ABŞ "Minilliyin çağırışı" layihəsi çərçivəsində Gürcüstanı maliyyələşdirməyi davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2011 16:45 (UTC +04:00)
ABŞ "Minilliyin çağırışı" layihəsi çərçivəsində Gürcüstanı maliyyələşdirməyi davam etdirmək fikrindədir.
ABŞ "Minilliyin çağırışı" layihəsi çərçivəsində Gürcüstanı maliyyələşdirməyi davam etdirəcək

Gürcüstan, Tbilisi, 6 yanvar /Trend, müxbir N.Kirsxaliya/

ABŞ "Minilliyin çağırışı" layihəsi çərçivəsində Gürcüstanı maliyyələşdirməyi davam etdirmək fikrindədir. Bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi Nika Mçedlişvili cümə axşamı xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, dünən ABŞ-ın "Minilliyin çağırışı" hökumət korporasiyasının Direktorlar Şurasının iclasında layihənin ikinci mərhələsinin həyata keçirilməsi üçün vəsaitin ayrılması barədə qərar qəbul edilib.

"Ayrılan vəsaitin məbləği bir qədər sonra məlum olacaq. Gürcüstan və ABŞ hökuməti vəsaitlərin ayrılacağı layihələri də razılaşdırırlar", - Mçedlişvili  deyib.

Mətbuat katibi xəbər verib ki, vəsaitlərin bir hissəsi Batumidə yeni Texnoloji Universitetin tikintisinə və bəzi infrastruktur layihələrə yönəldiləcək.

"İlkin hesablamalara görə, Batumidə yeni universitetin tikintisi 40-50 milyon lariyə başa gələcək. Onu da qeyd etmək lazımdır ki, tikinti başa çatdıqdan sonra o, ABŞ universitetlərindən birinin idarəçiliyinə veriləcək. Beləliklə, bu universitet ABŞ dövlət diplomlarını təqdim edəcək", - mətbuat katibi bildirib.

Korporasiya bu maliyyə yardımını qrant şəklində verəcək.

Bir neçə il əvvəl Gürcüstan bu layihə çərçivəsində 400 milyon dollar alıb.

Xəbər lenti

Xəbər lenti