...

Azərbaycanın sığorta şirkəti birləşmə imkanını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2011 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Fidan Sığorta"nın səhmdarları şirkətin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə investorların cəlb edilməsində maraqlıdırlar. Bu barədə cümə axşamı şirkətin baş mütəxəssisi Əli Vəliyev deyib.

"Biz həm yerli, həm də xarici şirkətlər ola biləcək yeni investorlar axtarırıq", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki şirkətin səhmdarları yeni investor axtarışındadırlar, lakin "Fidan Sığorta"nın analoji vəsait çatışmazlığı olan digər şirkətlərlə birləşməsi imkanı da nəzərdən keçirilir.

"Son qərar səhmdarlarındır", - Vəliyev bildirib.

Azərbaycan Maliyyə Nazirliyinin 2011-ci il yanvarın 1-nə sığorta şirkətlərinin kapitallaşmasına minimal tələbi 3 milyon manat təşkil edir.

"Fidan Sığorta" Azərbaycanın sığorta bazarında 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2,26 milyon manat təşkil edir. Şirkətin 23 növ sığorta xidmətinin göstərilməsinə lisenziyası var. Onlardan 4-ü icbaridir. Şirkətin səhmdarları bir hüquqi və iki fiziki şəxsdir.

2010-cu ilin yanvar-noyabrında şirkətin sığorta haqları 0,19 milyon manat ödənişlə 0,43 milyon manat təşkil edib. Ölkənin ümumi sığorta portfeli bazarında şirkətin sığorat haqlarının payı 0,3 faiz (139,82 milyon manat), ödənişləri isə 0,41 faiz (45,48 milyon manat) təşkil edir.

Xəbər lenti

Xəbər lenti