...

DB Azərbaycanda kapital bazarının inkişafı layihəsinin hazırlanmasını başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2011 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə məsələləri üzrə əlaqələndiricisi və maliyyə proqramlarının rəhbəri Maykl Edvarsın başçılıq etdiyi missiya yanvarın 11-dən 21-dək Bakıda olacaq. Bu barədə bazar ertəsi bankın Bakı nümayəndəliyindən bildirilib.

Səfərdə başlıca məqsəd Azərbaycanda kapital bazarının inkişafı layihəsinin hazırlanması və müzakirəsidir.

Maliyyə layihəsinə dair yekun qərarın qəbul edilməsi 2011-ci il yanvarın sonu - fevralın əvvəllərinə planlaşdırılıb. DB hələ 2010-cu ilin ortalarında layihənin əsas istiqamələrinin qiymətləndirilməsini keçirib.

Bir müddət əvvəl bankın Bakı nümayəndəliyindən bildirmişdilər ki, Dünya Bankı Azərbaycanda kapital bazarının inkişafına təxminən 5-10 milyon dollar vəsaitin ayrılmasının mümkünlüyünü nəzərdən keçirir.

Bu layihənin maliyyələşdirilməsi məqsədilə 2011-ci il maliyyə ilində Beynəlxalq İnkişaf Assosiasiyasının (DB qrupuna daxildir) Azərbaycan üçün 73 milyon dollar məbləğində müəyyən edilən kvotasından güzəştli kredit verilməsi mümkündür. İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) də bu layihənin komponentlərindən birini maliyyələşdirəcək və bu gün PAD (Project Appraisal Document) hazırlığı üzrə işlər aparılır. SECO bu layihə çərçivəsində kapital bazarı oyunçularının möhkəmləndirilməsi və bazar institutlarının inkişafı üçün 1,7 milyon dollar məbləğində texniki yardımın göstərilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti