...

Azərbaycanda kapital bazarlarını tənzimləyən bir sıra yeni normativ aktların qəbuluna həsr edilmiş toplantı keçirilmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 19:02 (UTC +04:00)
25 yanvar 2011–ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjasının (BFB) əməkdaşlarının və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının nümayəndələrinin iştirakı ilə fond bazarının tənzimlənməsinə yönələn normativ bazanın təkmilləşdirilməsi sahəsində görülən son yeniliklərə həsr edilmiş toplantı keçirilib. Bu barədə QKDK-nın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda  kapital bazarlarını tənzimləyən bir sıra yeni normativ aktların qəbuluna həsr edilmiş toplantı keçirilmişdir

Azərbaycan, Baku, 25 yanvar /Trend/

25 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjasının (BFB) əməkdaşlarının və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının nümayəndələrinin iştirakı ilə fond bazarının tənzimlənməsinə yönələn normativ bazanın təkmilləşdirilməsi sahəsində görülən son yeniliklərə həsr edilmiş toplantı keçirilib. Bu barədə QKDK-nın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

QKDK-nın təqdim etdiyi "Depozitar fəaliyyətin həyata keçirilməsi" Standartları, "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" Qaydaları və "Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı" Qaydaları toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı" Qaydaları qiymətli kağızlarla girovun qeydiyyatının vahid pəncərə prinsipi əsasında aparılmasını təmin edəcək. Belə ki, Qaydalara əsasən QKDK ilə girov qoyulan qiymətli kağızların saxlandığı depozitar arasında məlumat mübadiləsinin təmin edilməsi nəticəsində girovun dövlət qeydiyyatını yalnız QKDK-ya müraciət etməklə həyata keçirmək olacaq.

Digər tərəfdən, "Depozitar fəaliyyətin həyata keçirilməsi" Standartları və "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" Qaydaları qiymətli kağızlar bazarında fəaliyyət göstərən broker (diler), BFB və MDM arasında yaradılan məlumat mübadiləsinin təkmilləşdirilməsi, həmçinin, məlumat dövriyyəsinin elektronlaşdırılması sisteminin fəaliyyətini şərtləndirən üstünlükləri özündə əks etdirirlər. Belə ki, yaradılmış elektron sistemi mütəşəkkil fond bazarında əqdlərin icra sürətinin dəfələrlə artmasına və beləliklə də, əməliyyatların daha çevik və effektiv aparılmasına təkan vermiş olacaq. Qeyd etmək lazımdır ki, yenilik inkişaf etmiş ölkələrin fond bazarlarında geniş istifadə edilən gündaxili ticarət təcrübəsinin Azərbaycan qiymətli kağızlar bazarında tətbiqinə imkan yaratmış olacaqdır. Belə ki, vahid elektron pəncərə sisteminin üstünlüklərindən yararlanaraq, broker və dilerlər gün ərzində bir qiymətli kağız ilə bir neçə alış-satış əməliyyatı apara biləcəklər.

Xəbər lenti

Xəbər lenti