...

"Azərbaycan hava yolları" QSC "Domodedovo"dan yola düşən sərnişinləri hava limanına vaxtından əvvəl gəlməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 11:39 (UTC +04:00)
"Azərbaycan hava yolları" QSC Moskvanın "Domodedovo" beynəlxalq hava limanından Azərbaycana gələn sərnişinləri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bütün girişlərdə yoxlamalar ilə əlaqədar olaraq hava limanına vaxtından əvvəl gəlməyə çağırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-dən məlumat verilib.
"Azərbaycan hava yolları" QSC "Domodedovo"dan yola düşən sərnişinləri hava limanına vaxtından əvvəl gəlməyə çağırır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan hava yolları" QSC Moskvanın "Domodedovo" beynəlxalq hava limanından Azərbaycana gələn sərnişinləri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bütün girişlərdə yoxlamalar ilə əlaqədar olaraq hava limanına vaxtından əvvəl gəlməyə çağırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-dən məlumat verilib.

Məlumatda deyildiyi kimi, Moskvanın "Domodedovo" hava limanının mətbuat xidmətindən verilən məlumata əsasən, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq hava limanı kompleksinin bütün girişlərində yüzfaizli nəzarət tətbiq olunub.

"Bununla bağlı uçuşa gecikməmək və digər anlaşılmazlıqlardan uzaq olmaq üçün sərnişinlərdən hava limanına gəlişlərini vaxtından əvvəl planlaşdırmağı xahiş edirik, belə ki, təkcə yoxlamadan keçmək üçün təqribən 30 dəqiqə vaxt lazımdır", - məlumatda deyilir.

Təhlükəsizlik tədbirləri yanvarın 24-də "Domodedovo" beynəlxalq hava limanında baş vermiş partlayışla əlaqədar gücləndirilib. İlkin məlumatlara əsasən, sərnişinlər arasında olan terrorçu-intiharçı metal elementlərlə doldurulmuş partlayıcı qurğunu işə salıb. 35 nəfər həlak olub, onlarla insan yaralanıb. Faktla bağlı iki cinayət işi açılıb. Birincisi, RF-nin cinayət məcəlləsinin dörd maddəsi, o cümlədən terror aktı ilə bağlı maddə ilə, ikincisi, hava limanında nəqliyyat təhlükəsizliyinin təmin olunması üzrə tələblərin yerinə yetirilməməsi maddəsi ilə.

Xəbər lenti

Xəbər lenti