...

Azərbaycan Horadiz nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsi üçün İranın razılığını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 20:07 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Horadiz nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı İrana müraciət edib. Bu barədə cümə axşamı DGK sədri Aydın Əliyev jurnalistlərə deyib.
Azərbaycan Horadiz nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsi üçün İranın razılığını gözləyir

Azərbaycan, Bakı, 3 fevral/Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Horadiz nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı İrana müraciət edib. Bu barədə cümə axşamı DGK sədri Aydın Əliyev jurnalistlərə deyib.

"Biz bu problemi İran gömrükçüləri ilə görüşlərdə dəfələrlə qaldırmışıq və bu məsələ müzakirə gündəliyindədir", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Horadiz nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa edilməsinə hazırdır və işin başlanılması İran tərəfindən asılıdır.

Əliyevin sözlərinə görə, hazırda DGK-nın daxili strukturu kimi Xudafərin Gömrük İdarəsi öz fəaliyyətini davam etdirir.
"Horadiz nəzarət-buraxılış məntəqəsi ştatda saxlanılır və biz onun fəaliyyətinin bərpa edilməsinə həmişə hazırıq", - DGK sədri vurğulayıb.
Əliyevin szölərinə görə, hazırda beş nəzarət-buraxılış məntəqəsinin yenidən qurulması başa çatıb. Onların üçünün açılışı ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Digər iki məntəqə ("Sınıq Körpü" və "Astara") də istismara verilib. "Və biz onların istənilən vaxtda rəsmi açılışına hazırıq", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti