...

Azərbaycan Dövlət Neft Fondu ARDNŞ-lə birgə Xəzərdəki neft-qaz layihələrinin investisiyalaşdırılması imkanlarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 13:22 (UTC +04:00)

Аzərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə Xəzərdəki neft-qaz layihələrində əlavə iştirak payının alınması məsələsini müzakirə edir. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNF-nin icraçı dirfektoru Şahmar Mövsümov məlumat verib.

"Xəzərdəki neft-qaz layihələrinin uğurunu nəzərə alaraq onlarda ştirak payının alınması məsələsini müzakirə edirik. Bununla əlqədar Neft Fondundan vəsaitlərin alınmasına baxılır", - Mövsümov deyib.

Bu səbəbdən 2011-ci il üzrə Dövlət Neft Fondunun vəsaitlərindən istifadənin əsas istiqamətləri proqramında Xəzərdəki hasilat sənayesinin inkişafı üzrə layihələrə yatırımlar və ya azı 600 milyon dollar həcmində uzunmüddətli investisiya reytinqinə malik qiymətli kağızların buraxılması nəzərdən keçirilir.

Mövsümovun sözlərinə görə, Neft Fondunun büdcəsinin təsdiqlənməsinə dair əmrə görə, hazırda ARDNF Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsi, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişi, Samur-Abşeron suvarma kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, 2007-2015-ci illərdə azərbaycanlı tələbələrin xaricdə təhsil alması Dövlət Proqramı çərçivəsində, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirir.

"Yaxın vaxtlarda fond tərəfindən yeni layihələrin maliyyələşdirilməsinə baxılmır", - fondun rəhbəri bildirib.

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri ötən ilin əvvəli ilə (14 900,4 milyon dollar) müqayisədə 52,8 faiz artaraq 22 766,8 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti