...

2015-ci ilədək Azərbaycanda sementdən illik istifadə 1,7 dəfə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir N.İsmayılova/

Bakının Qaradağ rayonundakı yeni "Qızıldaş Sement" zavodunun fəaliyyətə başlaması sementin qiymətinin azalmasına xidmət edəcək. Bu barədə çərşənbə axşamı Azərbaycan şirkəti "Norm"un strategiya və biznesin inkişafı üzrə direktoru Murad Sadıxov deyib.

"Azərbaycanın sementə olan ehtiyacı hazırda müxtəlif qiymətləndirmələr əsasında orta hesabla 4 milyon ton təşkil edir, lakin proqnozlara əsasən, 2015-ci ilədək artacaq və 5 milyon tondan 7 milyon tonadək təşkil edəcək", - Sadıxov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə sement istehsalının qurulması məqsədilə 3 layihə həyata keçirilir. "Qızıldaş Sement" zavodunun gücü əsasən ölkəyə idxal edilən sementin həcmini ödəmək məqsədi daşıyır.

"Hazırda biz bazarda olan tələbatı ödəmək məqsədilə istehsal gücü yaradırıq. Gələcəkdə artım olarsa, biz zavodun gücünü artıracağıq. Bizim əsas məqsədimiz bazara keyfiyyətli məhsul çıxartmaqdır, çünki laborator nümunələr yerli sementin keyfiyyətinin aşağı olduğunu göstərib", - o qeyd edib.

Sadıxovun sözlərinə görə, zavodun fəaliyyəti sement məhsulunun qiymətinə də təsir göstərəcək və zavod qiymətlərin sabitləşməsi və azalması siyəsətinə sadiq qalacaq. Qiymətlərin azalması təxminən 30-35 faiz, məhsulun keyfiyyətinin yaxşılaşdırılması isə iki dəfə mümkündür.

"Biz bazara sementin yeni markasını - Xəzər regionunda istehsal edilməyən tamponaj sementi təqdim etmək istəyirik", - o bildirib.

Onun sözlərinə görə, zavodun tikintisinə Çinin "China Triumph International Engineering Co ltd" (CTIE ) podratçı şirkəti ilə müqavilənin imzalanmasından 3 ay sonra başlanılacaq. Müqavilənin imzalanma mərasimi martın 1-də Bakıda baş tutub.

"Norm"un layihəsi üzrə zavod 2013-cü ilin sonunda istismara veriləcək. Qeyri-neft sektorunda ən iril layihələrdən biri olan bu layihənin dəyəri vergi ödəmələri ilə birgə 400 milyon dollar həcmində qiymətləndirilir. Bu günədək Xəzər regionunda istehsal olunmayan API standartlarına cavab verən tamponaj sementin istehsalı Azərbaycanı neft istehsalçıları üçün sement ixracatçısına çevirəcək.

Zavodun istehsal gücü ildə 5 min ton klinker və iki milyon ton sement olacaq.

Xəbər lenti

Xəbər lenti