...

Azərbaycanda uçot dərəcəsinin artırılması dünya iqtisadiyyatının sabitləşməsi ilə əlaqədardır - Banklar Assosiasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 17:53 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının martın 1-dən etibarən uçot dərəcəsinin 3 faizdən 5 faizədək artırılması barədə qərarı təbiidir və müəyyən hesablamalara əsaslanır.
Azərbaycanda uçot dərəcəsinin artırılması dünya iqtisadiyyatının sabitləşməsi ilə əlaqədardır - Banklar Assosiasiyasının rəhbəri

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının martın 1-dən etibarən uçot dərəcəsinin 3 faizdən 5 faizədək artırılması barədə qərarı təbiidir və müəyyən hesablamalara əsaslanır. Bu barədə çərşənbə axşamı Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Eldar İsmayılov deyib.

"Makroiqtisadi göstəricilər sübut edir ki, dünya iqtisadiyyatı tədricən sabitləşir, Azərbaycan iqtisadiyyatı ətrafında makroiqtisadi mühit müəyyən artım yığır", - İsmayılov qeyd edib.

Onun sözlərinə görə, əvvəllər Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 14 faizdən 2 faizədək azaldılması qlobal böhranla bağlı olub, həm də yerli bazarın və iş adamlarının dəstəklənməsi üçün vacib olub. Hazırda dünya iqtisadiyyatının sabitləşməsi ilə əlaqədar uçot dərəcəsi tədricən artırılacaq. Məkəzi Bank bu siyasəti dünya iqtisadiyyatında mərhələli yaxşılaşma ilə yanaşı, hissələrə bölməklə və mərhələlərlə həyata keçirəcək.

İsmayılov hesab edir ki, uçot dərəcəsi milli valyutanın məzənnəsi və digər makroiqtisadi göstəricilərlə əlaqədardır. Buna görə də ölkə iqtisadiyatına uzun müddət təzyiq göstərmək olmaz, belə ki, bu, gələcəkdə müəyyən problemlərə gətirib çıxara bilər.

"Hesab edirəm ki, Mərkəzi Bank dəqiq reaksiya verir və ölçülüb-biçilmiş siyasət aparır", - İsmayılov qeyd edib.

Ölkədə makroiqtisadi sabitliyin saxlanılması üçün əlavə tədbirlərə toxunan İsmayılov deyib ki, bu, təkcə Mərkəzi Bankın deyil, həm də digər iqtisadi qurumların siyasətindən asılıdr.

"Bu kompleks proqramdır və sinxron şəkildə həyata keçirilməlidir", - o deyib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırılması barədə qərar qəbul edilib.

Məlumatda deyildiyinə görə, bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib. Pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0,5%-dən 2%-ə qaldırılması barədə də qərar qəbul edilib.

Bu qərarlar AMB-nin qiymətlərin stabilliyinin saxlanılması üzrə məqsədyönlü tədbirləri çərçivəsində qəbul edilib. Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur. Dünya iqtisadiyyatında inflyasiyanın artım meyilləri güclənir.

Xəbər lenti

Xəbər lenti