...

Azərbaycan yeni taksilərin alınması üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir A.Bədəlova/

Azərbaycan London taksilərinin aparıcı istehsalçısı olan "Manganese Bronze Hildings PLC" şirkəti ilə avtomobillərin alınması üzrə müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə London şirkətinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Azərbaycan Nəqliyyat Nazirliyinin Bakının taksi parkının "London Taxi TX4" avtomobil markaları ilə əvəz edilməsi barədə elan etdiyi proqramın inkişafı üçün yeni özəl "Baku Taxi Company" şirkəti yaradılıb.

"Manganese Bronze Hildings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi "Shanghai LTİ" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir.

"London Taxi TX4"-ün 100 avtomobildən ibarət ilk partiyasının satışı aprelin sonlarına planlaşdırılıb. Avtomobillərini hamısının tədarükü 2011-ci il noyabrın sonlarında başa çatacaq.

Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxın təşkil edir.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir az əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksilərin gətirilməsi planlaşdırlır.

Bakı şəhəri taksiləri üçün bənövşəyi rəngdə avtomobillər seçilib.

Bakının və Azərbaycanın regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan cəmi 7-8 min avtomobilin alınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti