...

Azərbaycan Dünya Bankının istifadə olunmuş kreditlərinin payını 37 faizədək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir N.İsmayılova/

Cari il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Dünya Bankı (DB) ilə ümumi məbləği 2844,32 milyon dollar olan 51 layihə üzrə rəsmi danışıqlar aparıb. Bu barədə hökumətin Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə hesabatında deyilir. Bu layihələrin maliyyələşdirilməsi üzrə razılaşma əldə olunub və kredit sazişi imzalanıb.

Azərbaycan bankla dördillik proqram çərçivəsində (ölkə ilə tərəfdaşlıq strategiyası) əməkdaşlıq edir.

Bu gün həmin layihələrdən 27-nin (ümumi dəyəri 618,72 milyon dollar) reallaşdırılması başa çatdırılıb, dəyəri 2 225,6 milyon dollar olan 24 layihənin həyata keçirilməsi isə davam edir.

2011-ci il yanvarın 1-nə olan məlumata görə, 1 053,51 milyon dollar dəyərində kreditlərdən istifadə olunub ki, bu da ayrılan kreditlərin ümumi həcminin 37 faizini təşkil edir. Nəzərdə tutulan cədvələ uyğun olaraq, qaytarılan kreditlərin məbləği 34 milyon dollar təşkil edib.

Kreditlərin mənimsəmə əmsalının daha da artırılması məqsədilə 2011-ci ildə DB ilə layihələrin icrası üzrə monitorinqlərin keçirilməsinə dair qərar qəbul edilib.

1995-2010-cu illər ərzində Dünya Bankı Azərbaycana ümumi məbləği 39,186 milyon dollar olan 43 qrant təqdim edib. Bu həcmdən 30,79 milyon dollar məbləğində 35 qrant layihənin reallaşdırılması başa çatıb, 8,395 milyon dollar məbləğində səkkiz layihənin icrası isə davam edir.

Xəbər lenti

Xəbər lenti