...

2010-cu ildə Azərbaycanın 4 rayonunda gübrələr üçün regional logistik mərkəzlər yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın "Aqrolizinq" ASC Dövlət lizinq Şirkəti 2010-cu ildə dövlət büdcəsindən ayrılan 35 milyon manatın hesabına yerli fermerlərə alış üçün güzəştli şərtlərlə 551 traktor və traktorlar üçün 1059 qoşqu verib. Bu barədə hökumətin parlamentə təqdim etdiyi 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.

Məlumata əsasən, ötən il kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması üçün müasir texniki avadanlığın olmadığı nəzərə alınaraq, "Aqrolizinq" ümumi məbləği 30,44 milyon manat olan 27 texniki avadanlıq dəsti alıb.

Ötən il Dövlət Lizinq Şirkəti hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə dəyərinin 50-70 faizinin kompensasiyası vasitəsilə 113 min ton mineral gübrə verib.

Ötən il ASC tərəfindən verilən taxılyığan kombaynların köməyi ilə 205 min hektarlıq ərazidə biçin aparılıb, 340 min hektarlıq ərazidə işlər traktorlar vasitəsilə görülüb.

Dövlət büdcəsindən ayrılan 4,6 milyon manat və Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılan 5 milyon manatın hesabına ötən il ölkənin Zaqatala, Ağdaş, İsmayıllı, Şəmkir və Xaçmaz rayonlarında müasir texnoloji avadanlıqlarla təchiz edilən aqroservis filialları tikilib və istismara verilib.

Mineral gübrələrin saxlanılması və bölüşdürülməsi vəziyyətinin yaxşılaşdırılması üçün Bərdə, Cəlilabad, Şəmkir və Xaçmaz rayonlarında gübrələr üçün gücü 10-15 min ton olan regional logistik mərkəzlər tikilərək istismara verilib.

"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 23 oktyabr 2004-cü il tarixdə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılmasına və yerli torpaq sahiblərinə müxtəlif kənd təsərrüfatı texnikasının lizinqlə alınması və verilməsi yolu ilə ölkədə sahibkarlığa dəstəyin göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti