...

Azərbaycanda iki iqtisadi region üzrə investisiya xəritəsi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda iki iqtisadi region üzrə investisiya xəritəsi hazırlanır. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev deyib.

"Hazırda iki zona - Gəncə-Qazax və Quba-Xaçmaz zonası üzrə investisiya xəritəsi hazırlanır. Xəritə regionun bütün tələbatlarını, insan potensialı, təbii ehtiyatları, su ehtiyatları, əhalinin həyat səviyyəsini əhatə edir. Biz regionların investisiyaya olan tələbatının və investisiya qoyuluşlarından potensial gəlirlərin araşdırılmasını da aparmışıq", - Alıyev qeyd edib.

Onun sözlərinə görə, bu regionlarda turizm, kiçik sahibkarlıq, sənaye, kənd təsərrüfatı, xidmətlər sahəsi kimi prioritet sahələr aşkarlanıb. Bu məlumatlar həm yerli sahibkarları, həm də investorları maraqlandıra bilər.

Gəncə-Qazax zonası üzrə investisiya xəritəsi artıq hazırdır və yaxın vaxtlarda baxılmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

"Quba-Xaçmaz zonası üzrə işlər hələ ki davam etdirilir. Hələlik xəritə iki zonanı əhatə edir, lakin işlər digər rayonlar üzrə də aparılır. Bununla əlaqədar Lənkəran iqtisadi zonası üzrə xəritənin hazırlanmasına başlamaq planlaşdırılır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti