...

"Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının 7-ci uduşunu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 17:51 (UTC +04:00)
"Bank of Baku" 2011-ci il martın 4-də "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyanın 7-ci uduşunu keçirib.
"Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının 7-ci uduşunu keçirib

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Bank of Baku" 2011-ci il martın 4-də "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyanın 7-ci uduşunu keçirib. Bu barədə bankın cümə günü yaydığı məlumatında deyilir.

Əsas qalib Gəncə şəhəri sakini, 2 saylı Uşaq xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Lətafət Məmmədova olub. Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda Bank of Baku-da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 63 725 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Əsas qaliblə yanaşı, bank 200 manat qazanan digər 5 müştərini də müəyyən edib. Bunlar N.P.Novruzov, S.N.Səlimova, A.R.İsmayılova, K.M.Məmmədova, H.B.Tağıyevdir.

"Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 7 nümunəvi müştərisinin hər biri 1000 manat, 35 müştərinin hərəsi isə Bank of Baku-dan 200 manat məbləğində pul mükafaı qazanıb. Uduş fondunun ümumi məbləği 24 min manat təşkil edir.

Martın 11-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti