Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir N.İsmayılova/
Fevralda Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli əməliyyatlar üzrə 1717 və cari əməliyyatlar üzrə 14 507 məlumat daxil olub. Bu barədə cümə günü xidmətin məlumatında deyilir. Fevralda xidmətə ümumilikdə 16 224 məlumat daxil olub.
Yanvarda şübhəli əməliyyatlar üzrə 2006, cari əməliyyatlar üzrə 13 375 məlumat daxil olub.
Monitorinq xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı xidməti göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 2009-cu il 23 fevral tarixli fərmanına uyğun olaraq yaradılıb.