...

İyulda Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin "Eqmont" qrupuna üzvlük məsələsinə baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 17:23 (UTC +04:00)
4-17 mart tarixlərində Niderland krallığının Aruba vilayətində "Eqmont" qrupunun işçi alt qruplarının iclası keçirilib.
İyulda Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin "Eqmont" qrupuna üzvlük məsələsinə baxılacaq

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir N.İsmayılova/

4-17 mart tarixlərində Niderland krallığının Aruba vilayətində "Eqmont" qrupunun işçi alt qruplarının iclası keçirilib. İclasın gündəliyinə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin "Eqmont" qrupuna üzvlüyü məsələsi daxil edilmişdi. Trend-in məlumatına görə, bu barədə xidmətin çərşənbə günü yaydığı məlumatda deyilir.

İclasda Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi ilə təmsil olunan nümayəndə heyəti iştirak edib.

Tədbir çərçivəsində ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində nailiyyətləri və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair təqdimatı keçirilib və bununla əlaqədar müzakirələr aparılıb.

"Eqmont" qrupuna üzvlük proseduru çərçivəsində mühüm mərhələ olan bu müzakirələrin nəticəsi olaraq hüquq işçi alt qrupu tərəfindən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin "Eqmont" qrupuna üzvlüyünə dair müsbət rəy bildirilib. Qrupun növbəti plenar iclasının 2011-ci ilin iyul ayında keçiriləcəyi planlaşdırılır.

"Eqmont" qrupunun əsası 1995-ci ildə qoyulub. Hazırda 120 ölkənin maliyyə monitorinqi orqanı onun üzvüdür.

"Eqmont" qrupunun əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarlarının keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti