...

Azərbaycanın "Xalq Sığorta" şirkətinin aktivləri 2010-cu ildə 6,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

2010-cu ildə fəaliyyətinin yekunları üzrə Azərbaycanın sığorta şirkəti "Xalq Sığorta"nın aktivləri ilin əvvəlindəki 27,159 milyon manata nisbətdə 6,43 faiz artaraq 28,905 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

İl ərzində şirkətin uzunmüddətli aktivləri 0,39 azalaraq 0,406 milyon manat, qısamüddətli aktivləri isə 6,43 faizlik illik artımla 28,499 milyon manat təşkil edib.

Ötən il şirkətin depozit hesabları 25,348 milyon manat, hesablaşma hesabları 0,166 milyon manat olub.

2010-cu ildə "Xalq Sığorta" ASC-nin ödənilmiş nizamnamə kapitalı 21,062 milyon manat olduğu halda, 2009-cu ildə bu rəqəm 3,053 milyon manat olub. Ötən ilin yekunları üzrə şirkətin xalis mənfəəti 0,677milyon manat olub.

Ötən il şirkətin məcmu kapitalı 2009-cu illə müqayisədə 13,72 dəfə artaraq 24,003 milyon manat olub.

Şirkətin məcmu öhdəlikləri 18,98 dəfə artaraq 4,902 milyon manat, ümumilikdə kapital və öhdəlikləri 2,977 dəfə artaraq 28,905 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 10,131 milyon manat, o cümlədən sığorta gəlirləri 7,283 milyon manat, investisiya yatırımlarından gəlirləri 2,749 milyon manat təşkil edib.

2010-cu il ərzində şirkətin xərcləri 7,079 milyon manat, o cümlədən sığorta ödənişləri 1,8 milyon manat, təkrar sığorta ödənişləri 3,123 milyon manat, görülən işlərlə bağlı xərcləri 1,832 milyon manat olub.

2010-cu ildə şirkət 10,958 min manat mənfəət vergisi, digər vergilər üzrə 274,867 min manat, 2,194 min manat mənbədən vergi ödəyib.

2010-cu ildə şirkətin sosial sığorta və təminat ayırmaları 192,883 min manat, digər öhdəliklər üzrə ödənişləri (0,3 faiz) - 13,775 min manat olub.

"Xalq Sığorta" şirkəti 2005-ci ildə yaradılıb və bu gün Azərbaycanın ən iri sığorta şirkətlərindən biridir.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti