...

Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılması orqanına akkreditasiya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 17:59 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Ekotest" MMC-yə - kosmetik vasitələrin sertifikatlaşdırılması üzrə orqana akkreditasiya verib.
Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılması orqanına akkreditasiya verilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Ekotest" MMC-yə - kosmetik vasitələrin sertifikatlaşdırılması üzrə orqana akkreditasiya verib. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

AZS 11.1.006-2010 "Oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar" standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuş sertifikatlaşdırma orqanının əsas məqsədi sertifikatlaşdırma yolu ilə istehlakçıları təhlükəli və keyfiyyətsiz kosmetik vasitələrdən qorumaqdır.

"Orqan istehsal, idxal, ixrac edilən və daxili bazarda satılan kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirir və öz fəaliyyətində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilati-normativ sənədlərini və digər normativ aktları rəhbər tutur", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti