...

Azərbaycan Beynəlxalq Bankı martda birja valyuta bazarına rəhbərlik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2011 12:25 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı 2011-ci ilin martında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib.
Azərbaycan Beynəlxalq Bankı martda birja valyuta bazarına rəhbərlik edib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankı 2011-ci ilin martında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib. Trend-in məlumatına görə, bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Təşkil olunmuş valyuta bazarının aparıcı dilerləri sırasına ASB, AFB BANK, Yapi Kredi Bank Azerbaijan və AGBank daxil olub.

Buna müvafiq olaraq, 2011-ci ilin martında birja bazarının aparıcı operatorları olan bankların siyahısı aşağıda göstərilir:

Banklar

Ümumi həcmdən %-lə

Azərbaycan Beynəlxalq Bankı

31,07%

ASB

22,47%

AGBank

4,36%

Yapi Kredi Bank Azerbaijan

3,05%

Bank Respublika

2,93%

Bu məlumatda Azərbaycan Mərkəzi Bankının əqdləri nəzərə alınmır.

Ümumi hesabda yanvar ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 14 bank iştirak edib. Həmin dövrdə keçirilən 34 ticarət bölməsində 39 əqd qeydə alınıb.

Hesabat ayında valyuta bölməsində UZD/AZN üzrə hərracların həcmi 90,808 milyon manat və ya dollar ekvivalentində 114,581 milyon təşkil edib.

Hesabat ayında EUR/AZN üzrə dövriyyə 331 800 manat təşkil edib. Bu alət üzrə avronun manata nisbətdə orta yuxarı məzənnəsi 1,1060 manat təşkil edib.

Fevral ayının göstəriciləri ilə müqayisədə hesabat ayında valyuta bölməsində ümumi ticarət həcmi 19,243 milyon dollar və yaxud 17,5 faiz azalıb.

Ümumilikdə, yanvar-mart aylarının yekunu üzrə BBVB-də xarici valyutalarla elektron ticarətin həcmi 263,987 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin birinci rübünün həcm göstəricilərini 118,169 milyon manat və ya 1,8 dəfə üstələyir.

Ticarətin elektron birja sistemində hər bir hərracın orta həcmi 2,938 milyon dollar təşkil etdiyi halda, USD/AZN üzrə orta günlük dövriyyə təxminən 6,74 milyon dollara çatıb.

Yanvar ayının yekunlarına əsasən, USD/AZN_TOD aləti üzrə milli valyutanın birja məzənnəsi 0,2 faiz - 1 USD 0,7927-dən 0,7913 manatadək artıb.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi 1 USD-yə görə 0,7925 manat təşkil edib. Halbuki fevralın yekunları üzrə bu göstərici 0,7941 manat təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti