...

"Təmiz Şəhər" ASC-dən olimpiada iştirakçılarına dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 13:06 (UTC +04:00)
Yeniyetmə və gənclər arasında ekoloji maarifləndirmə layihələrində daim yaxından iştirak edən "Təmiz Şəhər" ASC-nin əməkdaşları 6-9 aprel tarixlərində Bakıda keçirilmiş Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ənənəvi "İNEPO-Avrasiya" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüblər.
"Təmiz Şəhər" ASC-dən olimpiada iştirakçılarına dəstək

Yeniyetmə və gənclər arasında ekoloji maarifləndirmə layihələrində daim yaxından iştirak edən "Təmiz Şəhər" ASC-nin əməkdaşları 6-9 aprel tarixlərində Bakıda keçirilmiş Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ənənəvi "İNEPO-Avrasiya" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüblər.

Tullantıların idarə edilməsi mövzusunda öz layihələrini təqdim edən olimpiada iştirakçıları "Təmiz Şəhər" ASC tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. ASC-nin nümayəndələri iştirakçılara bu sahədə araşdırmaların aparılması və məktəblilərin peşəkar mütəxəssis kimi yetişməsində "Təmis Şəhər"in lazımi dəstək göstərməyə hazır olduğunu bildiriblər. Qeyd olunub ki, olimpiada iştirakçıları "Təmiz Şəhər" ASC-nin inzibati binasında fəaliyyət göstərən Tullantıların İdarə Edilməsinə dair Resurs Mərkəzi və bu sahədə ixtisaslaşmış kitabxanadan istənilən vaxt istifadə edə bilərlər.

ARDNŞ-nin dəstəyi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İctimai Televiziya, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İNEPO-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş olimpiadada 33 ölkədən 300-dən çox məktəbli iştirak edib.

Olimpiadanın məqsədi ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin maarifləndirilməsi, məktəblilərdə ətraf mühitə qarşı qayğı hissinin formalaşdırması, ekoloji tərbiyənin inkişaf etdirilməsi, eləcə də ekoloji problemlərin həllində müxtəlif layihələrə cəlb edilməsi idi.

Xəbər lenti

Xəbər lenti