...

Nəqliyyat Nazirliyi Azərbaycanda yeni logistik mərkəzin yaradılması çərçivəsində işlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 16:02 (UTC +04:00)
Ələt qəsəbəsindəki yeni beynəlxalq dəniz limanında yaradılacaq logistik mərkəzin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işlər aparılır.
Nəqliyyat Nazirliyi Azərbaycanda yeni logistik mərkəzin yaradılması çərçivəsində işlər görür

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbirlər E.İsmayılov, N. İsmayılova/

Ələt qəsəbəsindəki yeni beynəlxalq dəniz limanında yaradılacaq logistik mərkəzin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işlər aparılır. Bu barədə çərşənbə axşamı nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, logistik mərkəz yeni limanın tikintisi başa çatdıqdan sonra yardılacaq. "İndi müvafiq hüquqi-normativ sənədlər də hazırlanıb", - Pənahov bildirib.

Onun sözlərinə görə, mərkəzin yaradılması üzrə işləri həyata keçirəcək podratçı hələlik seçilməyib.

Ələt qəsəbəsində yeni dəniz limanının tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ildə başa çatdırılacaq. Layihənin 2008-2010-cu illəri əhatə edən birinci mərhələsində konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yüklərin qəbulu üçün iki bərə, üç yük körpüsünün inşası nəzərdə tutulur. 2011-2013-cü illəri əhatə edən ikinci mərhələdə daha üç yük körpüsünün inşası, üçüncü mərhələdə isə (2014-2015) iki əlavə yük körpüsünün inşası nəzərdə tutulur. Limanın inşa layihəsi 400 milyon dollardan çox qiymətləndirilir.

Ələt limanı çoxmodullu olacaq. Belə ki, logistik mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonaların yaradılması planlaşdırılır.

Azərbaycanda nəqliyyat sektorunun inkişafından danışan Pənahov bildirib ki, bu il həmin sahəyə qoyulacaq investisiyaların həcmi 850 milyon manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti