...

Azərbaycanın su operatoru əhalinin borclarını dəqiqləşdirməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2011 17:16 (UTC +04:00)
Aprelin 18-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə borcların olmamasına dair arayışlar, eləcə də mübahisəli borclarla bağlı araşdırmalar yerli sukanal sahələri tərəfindən həyata keçiriləcək.
Azərbaycanın su operatoru əhalinin borclarını dəqiqləşdirməyə başlayır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Axundov/

Aprelin 18-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə borcların olmamasına dair arayışlar, eləcə də mübahisəli borclarla bağlı araşdırmalar yerli sukanal sahələri tərəfindən həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərsu" SC-nin məlumatında deyilir.

Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə bu fərmana uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərmək; istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görmək; Nazirlər Kabinetinə bu fərmana əsasən əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

"Azərsu" ASC-də aparılan struktur islahatları əhalinin müracətlərinə operativ cavab verilməsinə şərait yaradacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, abunəcilərin müraciətləri bundan sonra hər bir rayonun yerli sukanal sahəsində araşdırılacaq", - məlumatda deyilir.

Rayon sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi

450-19-71, 450-17-85

Suraxanı Sukanal sahəsi

477-73-12, 477-90-47

Xəzər Sukanal sahəsi

454-08-13, 554-95-37

Nizami Sukanal sahəsi

570-15-60, 375-59-34

Nəsimi Sukanal sahəsi

498-00-85, 498-00-89

Səbail Sukanal sahəsi

492-44-47, 492-07-34

Yasamal Sukanal sahəsi

596-74-90, 495-35-12

Xətai Sukanal sahəsi

379-20-86, 372-00-20

Nərimanov Sukanal sahəsi

561-16-63, 562-89-63

Binəqədi Sukanal sahəsi

562-25-54, 562-89-63

"Bağlar" Sukanal sahəsi

408-37-39

Qaradağ Sukanal sahəsi

445-85-60, 445-07-27

Abşeron Sukanal İdarəsi

349-39-99, 342-12-57

Aprelin 15-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti