Azərbaycan, Bakı, 2 may /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2,515 milyard manat təşkil edərək ötən ilin analoji dövrünə nisbətdə 4,2 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə birjanın bazar ertəsi yaydığı məlumatda deyilir.
Korporativ qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 241,4 milyon manat olub. Bu, korporativ istiqrazlarla olan əməliyyatların 3,4 dəfə artması ilə izah edilir.
Dövlət qiymətli kağızları bazarı 4,6 dəfə artaraq 2,27 milyard manata çatıb. Bu, Mərkəzi Bankın notları ilə əməliyyatların 4,9 dəfə kəskin artması nəticəsində baş verib. Əqdlərin sayı təxminən iki dəfə artıb.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (yanvar-aprel, 2011):
Bazarın seqmentləri |
2011 (30.04.11) |
2010 (30.04.11) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
42 882 000,99 |
31 |
30 407 516,26 |
46 |
141,02% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
143 330 069,66 |
36 |
24 434 819,55 |
20 |
586,58% |
Kİ bazarı - cəmi |
186 212 070,65 |
67 |
54 842 335,81 |
66 |
339,54% |
Səhmlər - (yerləşdirmə) |
51 479 170,00 |
71 |
45 105 900,00 |
880 |
114,13% |
Səhmlər - (təkrar bazar) |
3 725 415,78 |
972 |
2 697 762,92 |
654 |
138,09% |
Səhm bazarı - cəmi |
55 204 585,78 |
1 043 |
47 803 662,92 |
1 534 |
115,48% |
KQK bazarı - cəmi |
241 416 656,43 |
1 110 |
102 645 998,73 |
1 600 |
235,19% |
Dövlət qiymətli kağızları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (yanvar-aprel, 2011):
Bazarın seqmentləri |
2011 (30.04.11) |
2010 (30.04.11) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi (manat) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (manat) |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
112 712 249,95 |
71 |
104 271 460,93 |
38 |
108,10% |
Dİ (AR MN) - (təkrar bazar) |
12 215 017,18 |
17 |
53 864 765,96 |
10 |
22,68% |
Dİ bazarı cəmi |
124 927 267,13 |
88 |
158 136 226,89 |
48 |
79,00% |
Notlar (AR MB) - (yerləşdirmə) |
303 684 114,34 |
107 |
61 552 178,99 |
58 |
493,38% |
Notlar (AR MB) - (təkrar bazar) |
3 556 081,09 |
2 |
0,00 |
0 |
- |
Not bazarı - cəmi |
307 240 195,43 |
109 |
61 552 178,99 |
58 |
499,15% |
Repo əməliyyatları |
1 841 722 089,54 |
366 |
276 040 347,90 |
291 |
667,19% |
DQK bazarı - cəmi |
2 273 889 552,10 |
563 |
495 728 753,78 |
397 |
458,70% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK - Korporativ qiymətli kağızlar
Mayın 2-nə olan rəsmi məzənnə 0,7916 AZN/USD təşkil edir.