...

Azərbaycanın dövlət büdcəsinə gömrük ödənişləri proqnozu ötüb - DGK sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

İlin dörd ayının yekunlarına görə, gömrük vergiləri və rüsumları üzrə Azərbaycanın dövlət büdcəsinə ödənişlər proqnozlaşdırılan göstəricini bir qədər ötüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalsitlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

"Büdcə proqnozuna əsasən, yanvar-fevralda 340 milyon manatın ödənilməsi planlaşdırılmışdı. Proqnozun yerinə yetirilməsi 100,12 faiz təşkil edib", - Əliyev bildirib.

2011-ci il üçün DGK xətti ilə ödəniş proqnozu 1,8 faiz artırılaraq (20 milyon manat) 1,120 milyard manata çatdırılıb.

Ötən il DGK proqnozu 100,16 faiz yerinə yetirərək dövlət büdcəsinə planlaşdırılan 1,1 milyard manat əvəzinə 1 101,73 milyon manat ödəyib.

Mayın 3-nə olan rəsmi məzənnə 0,7913 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti