...

Yaponiyadan Gürcüstana idxal edilən avtomobillərin radiasiya fonu normadadır - nazirlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 20:51 (UTC +04:00)
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin radiasiya təhhlükəsizliyi üzrə mütəxəssisləri yeni tipli detektorların köməyi ilə Yaponiyadan idxal edilən avtomobillərin radiasiya fonunu yoxlayıblar.
Yaponiyadan Gürcüstana idxal edilən avtomobillərin radiasiya fonu normadadır - nazirlik

Gürcüstan, Tbilisi, 4 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin radiasiya təhhlükəsizliyi üzrə mütəxəssisləri yeni tipli detektorların köməyi ilə Yaponiyadan idxal edilən avtomobillərin radiasiya fonunu yoxlayıblar.

Yaponiyada baş verən texnogen fəlakətdən sonra cəmiyyətdə belə bir fikir yaranıb ki, bu ölkədən Gürcüstana idxal edilən avtomobillərdə radiasiya fonunun artması mümkündür.

"Bu, ictimaiyyətin maraqları nəzərə alınaraq daha bir əlavə yoxlama olub. Biz havanın çirklənməsi, qamma-şüalanma və radiasiya fonu səviyyəsini yoxladıq. Onlar insanların sağlamlığı üçün norma və təhlükəsizlik çərçivəsindədir", - Trend-ə Ətraf mühitin çirkləndirilməsinin monitorinqi departamentinin rəhbəri Mariana Arabidze deyib.

Gürcüstan region ölkələrinin avtomobillərlə təchiz edildiyi mərkəzdir.

Havanın monitorinqi də gücləndirilmiş rejimdə aparılır. Hazırkı mərhələdə Gürcüstanda radiasiya fonunu ötən bir ədəd belə avtomobil qeydə alınmayıb.

Gürcüstan ərazisində yerləşən 13 meteostansiyada xüsusi aparatlar var. Onların köməyi ilə hər gün qamma-şüalanmanın səviyyəsi ölçülür.

Xəbər lenti

Xəbər lenti