...

"Azər-Türk Bank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 15:11 (UTC +04:00)
Mayın 19-dan etibarən Bakı Fond Birjasında (BFB) "Azər-Türk Bank" ASC-nin ümumi məbləği 633 560 manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.
"Azər-Türk Bank" kapitalını artırır

Azərbaycan, Bakı, 13 may/Trend/

Mayın 19-dan etibarən Bakı Fond Birjasında (BFB) "Azər-Türk Bank" ASC-nin ümumi məbləği 633 560 manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır. Trend-in məlumatına görə, bu barədə BFB-nin cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 633 560 səhm buraxılıb. Hazırda bankın nizamnamə kapitalı 11 milyon manatdır, emissiya yerləşdirildikdən sonra capital təxminən 11,6 milyon manata çatdırılacaq.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Caspian Financial" MMC çıxış edir.

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, 1995-ci il mayın 25-də "T.C.Ziraat Bankası A.Ş." və "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib. "Azər-Türk Bank"da iştirak payı birgə bankın nizamnamə kapitalında səhmlərin 46 faizinin məxsus olduğu "Agrar Credit"in özəlləşdirilməsi ilə əlaqədar artırıla bilər. Qalan 4 faiz Azərbaycan bankı "Turan Bank"a məxsusdur. Bundan başqa, bank "Milli Kart" Milli Prosessinq Mərkəzinin üzv-təsisçisi və səhmdarıdır.

Mayın 13-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti