...

Azərbaycanda tikinti işlərinin həcmi cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2011 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Birinci rübdə Azərbaycanda tikinti işlərinin həcmi 2010-cu ilin dördüncü rübü ilə müqayisədə 0,1 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,9 faiz artıb. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda deyilir.

Yerüstü işlərin dəyəri əvvəlki rüblə müqayisədə 0,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz artıb. Birinci rübdə yol tikintisi ötən ilin dördüncü rübü ilə müqayisədə 0,5 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz artıb.

Birinci rüb ərzində yaşayış evlərinin tikintisi 0,2 faiz, il ərzində 1,6 faiz artıb, sosial yönümlü obyektlərin tikintisi rüb ərzində 0,1 faiz, il ərzində 1 faiz bahalaşıb.

Altı və çoxmərtəbəli yaşayış evlərinin tikintisi rüb ərzində 0,1 faiz, il ərzində 1,6 faiz, beş mərtəbəyədək olan binalar rüb ərzində 0,3 faiz, il ərzində 1,5 faiz bahalaşıb. Sosial yönümlü obyektlərdən ümümtəhsil məktəblərin tikintisi dəyişməz qalaraq il ərzində 0,9 faiz bahalaşıb, rüb ərzində inzibati binaların tikintisi 0,6 faiz, il ərzində 2,5 faiz bahalaşıb.

Mayın 16-na olan rəsmi məzənnə 0,7907 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti