...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 19:18 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qulluqçularının səmərəli fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmış növbəti təlim keçirilib. Bu barədə Trend-ə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı təlim keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qulluqçularının səmərəli fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmış növbəti təlim keçirilib. Bu barədə Trend-ə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Təlim Azərbaycan Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" ya müvafiq olaraq keçirilib.

Təlim QKDK vəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə təşkil olunub.

Xəbər lenti

Xəbər lenti