...

"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə olaraq "Xəzər Neft və Qaz - 2011" sərgisində nümayiş olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 17:10 (UTC +04:00)
"Bakı Ağ Şəhər" layihəsinin üstünlükləri, həmçinin layihənin investisiya imkanları geniş ictimaiyyətə ilk dəfə olaraq 7-10 iyun tarixlərində "Xəzər Neft və Qaz - 2011" sərgisində nümayiş olunacaq.
"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə olaraq "Xəzər Neft və Qaz - 2011" sərgisində nümayiş olunacaq

Azərbaycan, Bakı, 31 may /Trend/

"Bakı Ağ Şəhər" layihəsinin üstünlükləri, həmçinin layihənin investisiya imkanları geniş ictimaiyyətə ilk dəfə olaraq 7-10 iyun tarixlərində "Xəzər Neft və Qaz - 2011" sərgisində nümayiş olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ADEC - Azerbaijan Development Company tərəfindən yayılan məlumatda deyilir.

Şəhərsalma layihəsinin "Xəzər Neft və Qaz - 2011" neft sərgisində iştirakı təsadüfi deyil. "Bakı Ağ Şəhər" layihəsi 100 ildən artıq müddət ərzində "qara qızıl"ın emalı, saxlanması və daşınması üzrə fəaliyyət göstərərək, Bakının neft sənayesində mühüm rol oynamış və Qara şəhər kimi tanınan sənaye zonasının ərazisində həyata keçiriləcək.

"Bakı Ağ Şəhər" şəhərsalma layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində həyata keçirilir. Bu fərmanın icrası çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərdən kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması üzrə addımlar atılıb.

"Xəzər Neft və Qaz - 2011" sərgisinə gələnlər sərginin ən əsas iştirakçılarından biri - "Bakı Ağ Şəhər" layihəsinin 2410 nömrəli stendində onun 1:500 miqyasda hazırlanmış modeli ilə yaxından tanış olacaqlar. Bundan başqa, "Bakı Ağ Şəhər" haqqında daha ətraflı məlumat sərginin xüsusi kataloqu, buklet və digər təqdimat materiallarında təqdim olunacaq.

Layihə barədə geniş məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti