...

Azərbaycanın iqtisadi inkişaf naziri Ümumdünya İslam İqtisadi Forumunda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2011 19:39 (UTC +04:00)
İyunun 8-də Qazaxıstanın Astana şəhərində VII Ümumdünya İslam İqtisadi Forumunun açılışı olmuşdur. "Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq" devizi altında keçirilən Forumda müxtəlif ölkələrdən 2000-dən çox nümayəndə iştirak edir. Forumda ölkəmizi iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycanın iqtisadi inkişaf naziri Ümumdünya İslam İqtisadi Forumunda iştirak edir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İyunun 8-də Qazaxıstanın Astana şəhərində VII Ümumdünya İslam İqtisadi Forumunun açılışı olmuşdur. "Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq" devizi altında keçirilən Forumda müxtəlif ölkələrdən 2000-dən çox nümayəndə iştirak edir. Forumda ölkəmizi iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Tədbir çərçivəsində "İnvestisiya imkanları və problemləri" mövzusunda keçirilmiş xüsusi forumda İslam İnkişaf Bankına üzv olan ölkələrin nümayəndələri təqdimatlarla çıxış ediblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Gülşən Rzayeva Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Forum iyunun 9-dək kimi davam edəcək.

İlk Ümumdünya İslam İqtisadi Forumu 2005-ci ildə Malayziyanın Kuala- Lumpur şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti