...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ilin sonunda başa çatacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 13:26 (UTC +04:00)
2012-ci ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı layihəsi çərçivəsində tikinti işləri tam başa çatacaq və 2013-cü ilin əvvəlində bu dəhliz istismara veriləcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ilin sonunda başa çatacaq - nazir

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı layihəsi çərçivəsində tikinti işləri tam başa çatacaq və 2013-cü ilin əvvəlində bu dəhliz istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov "Nəqliyyat, tranzit və logistika" TransCaspian Azerbaijan 10-cu yubiley sərgisinin açılışında bildirib.

Nazirin sözlərinə görə, 2013-cü ildə Türkiyədə Bosfor boğazı altından dəmir yolu tunelinin - "Marmaris" layihəsinin başa çatdırılması planlaşdırılır ki, bu da Bakı-Tbilisi-Qarsla yüklərin Avropaya çatdırılmasına imkan verəcək.

Məmmədov onu da qeyd edib ki, 2014-cü ilin ortalarında Azərbaycanda Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının birinci mərhələsi istismara veriləcək.

Onun sözlərinə görə, üç il ərzində Azərbaycandakı bütün yol infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti