...

Azərbaycan ərazisi ilə yüklərin nəqli 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2011 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, yanvar-mayda nəqliyyat vasitələri ilə 24,78 milyon tona yaxın yük daşınıb ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 16,82 faiz çoxdur.

Bu dövr ərzində yüklərin ixracı 14,87 milyon ton, idxal isə 3,65 milyon ton təşkil edib. Bu barədə şənbə günü Trend-ə komitədən məlumat verilib.

İlk beş ay ərzində dəniz nəqliyyatı ilə 120,23 min ton, dəmiryol - 1,281 milyon ton, avtomobil - 231,021 min ton, hava nəqliyyatı ilə 182,3 min ton yük ixrac olunub. Stasionar nəqliyyat vasitələri ilə nəql isə 13,05 milyon tona yaxın olub.

Dəniz nəqliyyatı ilə 515,08 min ton, dəmiryol - 2,405 milyon ton, avtomobil - 706,71 min ton, hava nəqliyyatı ilə 8,33 min ton yük idxal edilib.

2011-ci ilin ilk beş ayı ərzində Azərbaycan ərazisindən tranzitlə 6,27 milyon tona yaxın yük daşınıb.

Xəbər lenti

Xəbər lenti