...

Dünya Bankı Azərbaycanda "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" layihəsinin icmalını aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir N.İsmayılova/

"Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" layihəsinin (IDP EDSP) icmalını aparmaq üçün layihənin rəhbəri Coanyon De Bere başda olmaqla Dünya Bankının missiyası Azərbaycanda səfərdədir. Bu barədə DB-nin Bakı nümayəndəliyindən bildirilib.

Məlumata əsasən, missiya iyunun 28-dək Bakıda olacaq.

Layihənin birinci mərhələsinin dəyəri 12,6 milyon dollar təşkil edir. Bunun 11,5 milyon dolları DB-nin kreditinin hesabına ayrılıb. Təcrübəyə zidd olaraq, layihə üzrə vəsait bir il tez mənimsənilib, lakin inflyasiya prosesləri ilə əlaqədar nəzərdə tutulan 200 infrastruktur mikrolayihə başa çatdırılmayıb. Bu səbəbdən əlavə vəsaitlər tələb olunub. Layihənin başa çatdırılması üçün cəmi 24,19 milyon dollar ayrılıb. Bundan 9,6 milyon SDR (15 milyon dollar) DB-nin, 8,69 milyon dollar (3,69 milyon dollar məbləğində ƏDV nəzərə alınmaqla) ölkə hökumətinin payına düşür.

2010-cu ilin avqust ayının ortalarına olan məlumata görə, Beynəlxalq İnkişaf Agentliyinin layihənin əlavə maliyyələşdirilməsi üçün ayrılan 15 milyon dollardan 4,5 milyon dolları istifadə olunub. Layihənin başa çatdırılması 31 dekabr 2011-ci ilə planlaşdırılıb.

Layihənin həyata keçirilməsinin yekunları üzrə 108 min məcburi köçkün bundan faydalanacaq.

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərin dəstəklənməsi üçün cəmi üç kredit ayırıb. 10 milyon dollar məbləğində birinci kredit 2001-ci ildə ayrılıb. Həmin vəsaitlərin hesabına məcburi köçkünlərin müvəqqəti sıx yaşadıqları yerlərdə infrastrukturun bərpası üzrə 192 mikrolayihə maliyyələşdirilib. Bu layihədən 170 min nəfər faydalanıb. 2009-cu ildə Azərbaycanda 1700 ailə (6500 məcburi köçkün) yeni qəsəbələrdə evlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti