...

Azərbaycan və Moldova icbari dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Çərşənbə günü Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Moldova Milli Sosial Sığorta Xəzinədarlığı arasında icbari dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.

Trend-in məlumatına görə, protokolu DSMF sədri Səlim Müslümov və Moldova Milli Sosial Sığorta Xəzinədarlığının rəhbəri Mariya Borta imzalayıblar.

İmzalama mərasimi Bakıda keçirilən "Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda beynəlxalq texniki seminar çərçivəsində baş tutub.

Seminar zamanı çıxış edən Müslümovun sözlərinə görə, növbəti mərhələdə Moldovada yaşayan və sonradan Azərbaycana və ya əksinə köçən əmək miqrantlarının pensiya təminatı haqqında müqavilə imzalanacaq.

Hazırda Azərbaycan digər ölkələrlə bu sahədə 10 hökumətlərarası saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti