...

Niderlandda Azərbaycan iqtisadiyyatına dair təqdimat keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 13:38 (UTC +04:00)
Niderlandda Azərbaycan iqtisadiyyatının dinamik inkişafına və geniş perspektivlərinə dair təqdimat keçirilib.
Niderlandda Azərbaycan iqtisadiyyatına dair təqdimat keçirilib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Niderlandda Azərbaycan iqtisadiyyatının dinamik inkişafına və geniş perspektivlərinə dair təqdimat keçirilib.

Azərbaycanın Niderlanddakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərlə yerli siyasi, biznes dairələrinin əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərən "Dostluq, Qarşılıqlı Anlaşma və İnkişafa dair Assosiasiya" nüfuzlu qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.

Avropanın enerji təhlükəsizliyinə həsr olunmuş konfransda Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov tədbirin əsas məruzəçisi kimi ölkəmizin iqtisadi inkişafını işıqlandıran geniş multimedialı mühazirə-təqdimatla çıxış edib.

O, çıxışında Azərbaycanın dinamik inkişafı, iqtisadi potensialı, enerji siyasətinin prioritetləri, Cənubi Qafqaz regionunda həyata keçirilən irimiqiyaslı layihələr barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə Haaqada yerləşən beynəlxalq təşkilatların və Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, biznes dairələrinin, tədqiqat institutlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti